AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Vladimir Nabokovun Amerika dövrü romanları” monoqrafiyası nəşr olunub
Apr 02, 2018 | 12:12 / Yeni nəşrlər
Oxunub 730 dəfə

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəlinin “Vladimir Nabokovun Amerika dövrü romanları” monoqrafiyası nəşr olunub.

Kitabda rus əsilli Amerika yazıçısı Vladimir Nabokovun ABŞ-dakı mühacirət dövrünə aid məşhur “Sebastian Naytın gerçək həyatı”, “Lolita”, “Haram damğası” və “Pnin” romanları araşdırılıb. Monoqrafıyada XX əsrdə rus mühacirət ədəbiyyatının ümumi istiqamətlərinə nəzər salınıb. Müəllif əsərində V.Nabokov yaradıcılığının yeni mərhələsinin əsas xüsusiyyətlərini müəyyənləşdirib, onun ingilisdilli romanlarının ideya-bədii dəyərini, orijinal üslub və yaradıcılıq manerasını şərh edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015