AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları üçün "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda açıq dərs keçirilib
Mart 27, 2018 | 03:13 / Maraqlı məlumatlar
Oxunub 295 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyində Cəmşid Naxçıvanski adına hərbi lisey kursantları üçün "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda açıq dərs təşkil olunub.

Dərsdə tələbələrə dahi dramaturqun həyatı, yaradıcılıq yolu, ədəbi irsi və ailə üzvləri haqqında geniş məlumat verilib. Ədibin "Ana", "Maral", "Şeyda", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur" və s. dram əsərlərinin mövzu və ideyasından danışılıb. Muzeyin əməkdaşları Hüseyn Cavid yaradıcılığı ilə bağlı tələbələri maraqlandıran  sualları cavablandırıblar.

Açıq dərsdən sonra ekspozisiya ilə yaxından tanış olan tələbələrə Muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları (“Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq” araşdırmalar toplusu və “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”) haqqında da məlumat verilib. 

Xatırladaq ki, Hüseyn Cavidin Ev Muzeyində respublikanın müxtəlif ali məktəblərində təhsil alan tələbələri üçün “Hüseyn Cavidin həyat və yaradıcılığı” mövzusunda açıq dərslərin keçirilməsi artıq bir ənənə halını alıb. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015