AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Türkologiya” jurnalı Özbəkistanda
Fev 12, 2018 | 12:54 /
Oxunub 241 dəfə

Azərbaycam Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalı fevralın 6-8-də Özbəkistan Respublikasının Nəvai vilayətində keçirilən “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfransda təqdim olunub.

Konfransda jurnalın məsul katibi Elçin İbrahimov “Türkologiya jurnalı və türk dünyası” mövzusunda məruzə ilə çıxış edib. E.İbrahimov konfrans iştirakçılarına jurnal haqqında geniş məlumat verərək bildirib ki, Türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalı türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış elmi məqalələri səhifələrində əks etdirir. Son illərdə xarici elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən jurnal beynəlxalq indeksləşdirmə biblioqrafiyalarına daxil edilib.

E.İbrahimov “Türkologiya” jurnalının Özbəkistanın müxtəlif elm və təhsil mərkəzləri ilə əlaqələr qurduğunu, jurnalın 54 beynəlxalq məsləhtçisindən 3-nün Özbəkistandan olduğunu da qeyd edib. Habelə jurnalın 2017-ci il 2-ci sayında Daşkənd Universitetinin dosenti Gülbahar Aşurvanın təqdimatında Özbəkistan xalq şairi Camal Kamalın 80illik yubileyinin işıqlandırıldığını, həmin universitetin professoru Nəsimxan Rəhmanovun müəllifi olduğu “Əbülqazi Bahadır xan türkcənin qoruyucusu” məqaləsinindərcedildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra çıxış edən jurnalın türkiyəli beynəlxalq məsləhətçilərindən professor Fikrət Türkmən jurnalın keçmişindən və son dövrlərdə türk dünyası ilə yüksək səviyyədə qurduğu əlaqələrdən söz açıb. F. Türkmən, həmçinin, “Türkologiya” jurnalının hər bir yeni sayının Ege Universitetindəki “Türk dünyası araşdırmaları” mərkəzində tədqiqatçılar tərəfindən böyük maraqla oxunduğunu deyib.

Tədbirin sonunda jurnalın məsul katibi E.İbrahimov “Türkologiya” jurnalının 2017-ci ildə nəşr olunmuş 4 sayını Nəvai Vilayət kitabxanasına hədiyyə edib.

Tədbir çərçivəsində, həmçinin, “Türkologiya” jurnalı Səmərqənd, Daşkənd, Buxara Universitetlərindəki kitabxanalara da təqdim edilib.

525-ci qəzet

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015