AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik Teymur Kərimli: "Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər"
Fev 07, 2018 | 05:43 / Mühüm hadisələr
Oxunub 274 dəfə

"Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi cəhdləri hər zaman olub. Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər".

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

T.Kərimli bildirib kİ, bu yaxınlarda Fransanın Sarbonna Universitetinin professoru tərəfindən elektron poçtuna məktub gəlib: "Orada da yazılırdı ki, Nizami fars şairidir, atası da Qum şəhərindədir. Mənə yazılır ki, niyə görə bunu saxtalaşdırıb onu Azərbaycan şairi kimi təqdim edirsiniz? Biz deyirik ki, Nizami Azərbaycan şairidir, Gəncə də Azərbaycan şəhəridir. Nizaminin də əsərlərində Gəncəyə xüsusi məhəbbətin olduğu görünür, amma buna əhəmiyyət verilmir".

T.Kərimli daha sonra qeyd edib ki, bütün bölmələr üçün ağrılı olan problem humanitar elmlər bölməsi üçün də xarakterikdir.

 

Akademik-katib bildirib ki, cəmiyyətdə gənclər fundamental elmlərə maraq göstərmirlər. Bu da həmin sahəni büdcədən asılı edir. T.Kərimli digər problemin Azərbaycan gənclərinin ideologiyası ilə bağlı olduğunu söyləyib.

Onun sözlərinə görə, impakt faktorlu jurnallarda ikili standartlar hökm sürür. Buna görə də impakt faktorlu jurnallar gənc alimlərin Azərbaycan gənclərinin ideologiyası ilə bağlı hazırladığı yazılara ya çox həvəssiz yanaşır, ya da heç maraq göstərmirlər.

T.Kərimli təklif edir ki, bu səbəbdən də Azərbaycan özünün nəşr brendini yaratmalıdır.

trend.az

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015