AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Təşəkkür məktubu
Yan 25, 2018 | 10:00 / Mühüm hadisələr
Oxunub 87 dəfə

Hörmətli Teymur müəllim!

 Sizin “NASİMİ-PASSİON” əsərim haqqında yazdığınız dəyərli məqalənizi oxudum və çox təsirləndim. Ürəkdən gələn səmimi sözlərinizə, dərin  fikirlərinizə görə Sizə öz minnətdarlığımı bildirirəm. Nəsimi poeziyası – bizim mədəniyyətimizin sütunlarından biridir və Azərbaycan mədəniyyətini dünyada tanıtmaq bizim mənəvi borcumuzdur. Buna görə də hər birimiz öz yaradıcılığımız çərçivəsində bunu edirik. Mənim bu işimi qiymətləndirdiyinizə görə bir daha Sizə təşəkkürümü bildirirəm və uğurlar arzulayıram.

 

 Hörmətlə,

 Xalq artisti, professor,

AMEA-nın müxbir üzvü                                                    Firəngiz Əlizadə 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015