AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
ATV Xəbər - Azərbaycan dilinə aid qiymətli mənbə əldə edilib
Yan 24, 2018 | 04:37 / Müsahibələr, çıxışlar
Oxunub 363 dəfə

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Tehranın Məclis Kitabxanasında saxlanılan Əbdürrəhim Şirvaninin Əfşarlar dövrünə aid "Kitabi-məzhər əttürki" əsərinin surəti əldə edilib. Azərbaycan tarixi üçün müstəsna əhəmiyyət kəsb edən bu kitab, Nadir şahın qardaşı oğlu Adil şahın sifarişi ilə yazılıb. Bu barədə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Paşa Kərimov "ATV Xəbər" verilişinə müsahibəsində ətraflı məlumat verib. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015