AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan şairlərinin divanları "Türkcə Divanlar Sərgisi"ndə nümayiş olunacaq
Yan 23, 2018 | 04:51 / Maraqlı məlumatlar
Oxunub 422 dəfə

Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə yanvarın 24-də Ankarada "Türkcə Divanlar Sərgisi" açılacaq.

Milli Kitabxana sərgi salonunda açılacaq sərgidə keçmişdən bu günümüzədək türkcə divan tərtib edən şairlərin 100 divanı nümayiş etdiriləcək. Sərgidə Azərbaycan şairlərinin də divanları yer alacaq.

Ziyarətçilər sərgidə türk ədəbiyyatının mühüm mənbələrindən olan divanları bir arada görmək imkanı əldə edəcəklər.

Sərgi yanvarın 26-dək ziyarətçilərə açıq olacaq.

AZƏRTAC

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015