AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
www.azerbaycandili.az saytının təqdimatı olub
Yan 23, 2018 | 04:29 / Mühüm hadisələr
Oxunub 187 dəfə

Bu gün Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - www.azerbaycandili.az  saytının təqdimatı olub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli saytın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müvafiq müddəaları əsasında Dilçilik İnstitutu tərəfindən yaradıldığını diqqətə çatdırıb. Saytın texniki baxımdan standartlara cavab verdiyini vurğulayan akademik deyib: “Bu işin böyük praktik əhəmiyyəti var. Alimlər, sadə vətəndaşlar sayt vasitəsilə Azərbaycan dili, dilimizin qrammatikası və s. məsələlər barədə müfəssəl məlumat əldə edə bilərlər”.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu saytın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu internet resursu Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. O deyib: “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqillik dövrlərində dövlət dili ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar saytda yer alıb. Gələcəkdə sayt daim yenilənəcək”.

Saytda “Dil haqqında”, “Qanunlar”, “Azərbaycan dilçiləri” və “Dilçilik kitabxanası” bölmələri var. Burada, həmçinin Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğətlər və ədəbiyyatların elektron variantları yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015