AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Beynəlxalq Əlyazmalar Cəmiyyətinə üzv seçilib
Yan 23, 2018 | 11:12 / Mühüm hadisələr
Oxunub 259 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu baş qərargahı ABŞ-ın Kanzas ştatında yerləşən Beynəlxalq Əlyazmalar Cəmiyyətinə tamhüquqlu üzv seçilib.

Artıq cəmiyyətin vahid reyestrinə institutun və ölkəmizin adı daxil edilib, digər üzvlərə müəssisənin fəaliyyəti və fondunda mühafizə olunan əlyazmalar barədə geniş məlumat çatdırılıb. Bununla yanaşı, institutun əməkdaşları cəmiyyətin ildə dörd dəfə nəşr olunan “Əlyazma” elmi jurnalına ödənişsiz abunəçilik əldə ediblər.

Qeyd edək ki, 1948-ci ildə yaradılmış bu təşkilat 1953-cü ilədək “Avtoqraf və əlyazma kolleksionerlərinin Milli Cəmiyyəti” adı ilə fəaliyyət göstərib.

Cəmiyyət müxtəlif ölkələrdə yerləşən arxivləri, elmi tədqiqat institutlarını, əlyazma fondlarını, kitabxanaları və s. özündə birləşdirir. Hazırda 1.500-dən çox təşkilat və 3.400-dək arxivarius, əlyazmaşünas və kitabşünas cəmiyyətin üzvüdür.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015