AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Memarlıq üzrə elmlər doktoru, professor Rayihə Əmənzadə “Tərəqqi” medalı ilə təltif olunub
Dek 19, 2017 | 10:21 / Mühüm hadisələr
Oxunub 140 dəfə

Prezident İlham Əliyev Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə bir sıra şəxslərin təltif olunması haqqında 19 dekabr 2017-ci il tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, memarlıq üzrə elmlər doktoru Rayihə Əmənzadə də həmçinin Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Memarlıq doktoru, professor R. Əmənzadə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) müxbir üzvü, Azərbaycan Memarlar İttifaqının üzvüdür. AzMİU-nun “Memarlıq konstruksiyaları və abidələrinin bərpası” kafedrasının professorudur. R. Əmənzadə 21.07.2017-ci il tarixində Memarlıq elmi üzrə professor elmi  adına layiq görülmüşdür. Prof. R. Əmənzadə memarlıq tarixı istiqamətində dini, xatirə, mülki, ticarət və s. tikililər haqqında bir çox əsərlərin və dərsliklərin müəllifidir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015