AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Alimlərimiz İstanbul şəhərində elmi ezamiyyətdə olublar
Yan 04, 2018 | 09:14 / Mühüm hadisələr
Oxunub 234 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa NəcəfovƏlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri, tarix ü.f.d. Nigar Babaxanova və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfova “Azərbaycanın görkəmli şəxsiyyətlərinin imzaları və epistolyar irs” adlı elmi tədqiqat layihəsi çərçivəsində 26-30 dekabr 2017-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində elmi ezamiyyətdə olublar. Alimlərimiz İstanbul Universitetinin Mərkəzi Kitabxanasında, həmin universitetin Nadir Əsərlər Kitabxanasında və İstanbulda yerləşən Ahmet Hamdi Tanpınar Ədəbiyyat Muzey Kitabxanasında azərbaycanlı müəlliflərin əlyazmaları ilə bağlı tədqiqat aparıb, bundan əlavə görkəmli türk şairi Nazim Hikmətin bəzi şeirlərinin, anasına yazdığı məktubların əlyazmalarının surətini əldə ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015