AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Sirlər xəzinəsi" yeni tərtibatda
Dek 01, 2017 | 03:40 / Yeni nəşrlər
Oxunub 212 dəfə

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan ilk poema - "Sirlər xəzinəsi"nin xalq şairi Xəlil Rza Ulutürk tərəfindən edilən poetik tərcüməsi yeni tərtibatda çap olunub. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.  Kitaba AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" başlıqlı geniş ön söz yazıb. Kitabın redaktoru Humanitar Elmlər Bölməsinin akademik-katibi,  akademik Teymur Kərimlidir. Kitaba alimin "Epik şerə yeni şivə gətirən sənətkar" başlıqlı məqaləsi əlavə olunub.

Qeyd edək ki, nəfis şəkildə tərtib edilmiş bu nəşrin rəssamı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş rəssamı, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əlidir. Kitaba rəssamın xalça şəklində tərtib olunmuş medaliyon içində iki portreti və poemadakı hər bir mənzum hekayə və təmsilə çəkilmiş, miniatür üslubunda yerinə yetirilən iyirmi illüstrasiyası daxil edilmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015