AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Akademik Ömər Eldarovun 90 illik yubileyi qeyd olunub
Dek 01, 2017 | 02:23 / Yubileylər
Oxunub 209 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunda Xalq rəssamı, akademik Ömər Eldarovun 90 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yubilyarın keçdiyi zəngin ömür və yaradıcılıq yolundan bəhs edib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə görkəmli sənətkarın Azərbaycan heykəltəraşlığının inkişafındakı xidmətlərindən danışıb.

Qeyd edilib ki, Ö.Eldarovun müxtəlif illərdə Bakıda ucaltdığı monumental heykəllər şəhərin bədii-estetik simasının təkmilləşməsinə töhfə verib.

Tədbirdə digər çıxış edənlər qocaman tişə ustasının yaradıcılığı barədə məlumat veriblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015