AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
ƏLYAZMALAR İNSTİTUTU İLƏ AMEA-NIN GƏNCƏ BÖLMƏSİ ARASINDA ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB
Noy 14, 2017 | 01:46 / Mühüm hadisələr
Oxunub 16 dəfə

13 noyabr 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Akademiyanın Gəncə Bölməsi arasında elmi əsərlərin, məqalələrin və monoqrafiyaların nəşri, birgə elmi-tədqiqat işlərinin, akademik araşdırma və informasiya mübadilələrinin aparılması, gənc elmi kadrların hazırlanması işinin əlaqələndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev imzalayıblar.
Hər iki elmi müəssisənin alim və mütəxəssislərinin müştərək tədqiqatlar aparması və elmi araşdırmaların koordenasiya edilməsi baxımından əhəmiyyətli sayılan əməkdaşlıq müqaviləsi 5 il müddətinə nəzərdə tutulub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015