AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Tanınmış yazıçı Yusif Əzizi Bənitorof Əlyazmalar İnstitutunda aparılan tədqiqatlarla maraqlanıb
Noy 06, 2017 | 12:48 / Görüşlər
Oxunub 376 dəfə

Suriya Yazıçılar İttifaqının və İran Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü, “Əl-ərabiyə” və “Əl-cəzirə” kanallarında mütəmadi olaraq respublikamızı təbliğ edən tanınmış yazıçı, tərcüməçi və tədqiqatçı Yusif Əzizi Bənitorof AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutun sərgi salonunu gəzən qonaq qədim ərəbdilli əlyazmalarla, o cümlədən ayrı-ayrı şöbələrdə aparılan tədqiqat işləri ilə tanış olub. Burada Y.Ə.Bənitorofa əlyazmaların elektronlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, Yusif Əziz ərəb və fars dillərində 25 kitabın, yüzlərlə məqalənin müəllifidir. O, jurnalistika sahəsi ilə yanaşı, tərcüməçiliklə də məşğuldur. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015