AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
“Dil, media və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib
Noy 07, 2017 | 10:26 / Konfranslar, iclaslar
Oxunub 209 dəfə

Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Dil, media və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbirin mahiyyətindən danışaraq bildirib ki, “Dil, media və zaman” mövzusu peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını maraqlandıran məsələdir. Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı əsas öhdəliyin daha çox yerli mətbuatın üzərinə düşdüyünü vurğulayan Nurlana Əliyeva bununla əlaqədar təbliğat aparan bəzi mətbuat orqanlarının fəaliyyətini yüksək qiymətləndirib. Rektor bildirib ki, ana dilimizin inkişafı, onun nöqsansız şəkildə formalaşması istiqamətində təbliğat və təşviqat işlərinin aparılması günümüzün aktual məsələlərindən birinə çevrilib.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Azərbaycan dilinin lüğət tərkibinin düzgün istifadəsi məsələsinə toxunub. Akademik T.Kərimlinin sözlərinə görə, Azərbaycan dili o qədər zəngin dildir ki, bu dildə alınma sözlərə ehtiyac yoxdur. O, dilimizdə bütün alınma sözlərin öz qarşılığının olduğunu diqqətə çatdıraraq dillə bağlı məsələnin AMEA-nın təkcə humanitar institutlarında deyil, texniki institutlarında da müzakirəyə qoyulduğunu deyib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015