AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklorşünas alimin yeni kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb
Okt 17, 2017 | 10:34 / Yeni nəşrlər
Oxunub 201 dəfə

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlının “Taleyimdən və ürəyimdən keçənlər” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Kitaba alimin Orxan Paşa imzasıyla yazdığı bədii-publisistik əsərləri, fəlsəfi düşüncələri toplanıb. Yeni nəşrdə, həmçinin istedadlı qələm sahibi və görkəmli folklorşünas alimin fərdi poetik duyğuları, ədəbi-estetik dəyərləndirmələri, sətiraltı eyhamlar və s. yer alıb.

Kitabın tərtibatçısı Leyla Aslanova, redaktoru Yeganə Məmmədovadır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015