AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Hüseyn Cavidin Ev Muzeyində şagirdlərə açıq dərs keçirilib
Okt 17, 2017 | 10:29 / Görüşlər
Oxunub 34 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyində Xətai rayon 245 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri üçün “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçirilib.  

Dərsdə şagirdlərə görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı barədə məlumat verilib, cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində görülən işlərdən danışılıb.

Tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxış edərək elmlə təhsilin inteqrasiyası çərçivəsində mütəmadi keçirilən açıq dərslərin məktəblilərin dünyagörüşünün və bədii zövqlərinin formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Alim daha sonra ədibin “Ana” mənzum dramı və şeirləri haqqında mühazirə ilə çıxış edib.

Sonda şagirdlər muzeyin eksponatları ilə tanış olublar.  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015