AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ərtoğrul Cavidin vəfatının 74-cü ildönümü münasibətilə tədbir keçirilib
Okt 16, 2017 | 10:12 / Mühüm hadisələr
Oxunub 266 dəfə

Böyük şair və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrul Cavidin vəfatının 74-cü ildönümü münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək Ə.Cavidin atası kimi şair, müəllimləri dahi Üzeyir Hacıbəyli və Bülbül kimi istedadlı musiqişünas və bəstəkar, o cümlədən dövrünün böyük ümidlər verən folklor tədqiqatçısı olduğunu söyləyib.

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək Ə.Cavidin keşməkeşli ömür yolu sürdüyünü və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın mədəniyyət tarixində silinməz izlər qoyduğunu vurğulayıb. Qeyd edib ki, XX əsrin əvvəllərində zəngin folklor nümunələrinin toplanılmasında, sistemləşdirilməsində və tədqiqində Ərtoğrulun əvəzsiz xidmətləri olub.

Tədbirdə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, muzeyin Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva, Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva və digərləri çıxış edərək Ə.Cavidin faciəli həyatı və elmi fəaliyyəti barədə danışıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015