AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
FotoVideo
AMEA Əlyazmalar İnstitutu ilə Misir Mərkəzi Kitabxanası arasında müqavilə imzalanıb
Okt 02, 2017 | 03:01 / Mühüm hadisələr
Oxunub 29 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Institutu ilə Misir Mərkəzi Kitabxanası arasında ikitərəfli əməkdaşlığa dair müqavilə imzalanıb. 

Müqavilənin şərtlərinə  tərəflərin  kadr mübadiləsi aparmaları, birgə elmi məcmulər nəşr etmələri, əməkdaşların qarışılıqlı şəkildə ezamiyyələri, hər iki ölkədə əlyazma və nadir kitablardan istifadə hüququ  və s. daxildir. 

 Müqaviləni Misir Mərkəzi Kitabxanasının direktoru, doktor Əhməd Şövqi və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli imzalayıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015