AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Sevdayi və onun “Leyli və Məcnun” əsəri” kitabı işıq üzü görüb
Sen 13, 2017 | 09:51 / Yeni nəşrlər
Oxunub 34 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Nəzakət Məmmədlinin “Sevdayi və onun “Leyli və Məcnun” əsəri” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Füzulinin “Leyli və Məcnun” məsnəvisindən öncə yazılmış bu əsərdə Füzulidən çoxlu sayda beytlər yer alıb. Kitabda anadilli şeirimizin gözəl nümunəsi olan bu əsər irfan, poetika və mətnşünaslıq baxımından təhlil edilib. Əsərin Kembric Universitetinin kitabxanasında saxlanılan yeganə nüsxəsinin transfonoliterasiyası və fotofaksimilesi verilib.

Kitabın elmi redaktoru Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musayeva, rəyçisi isə həmin institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimlidir.  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015