AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutu Şah İsmayılın nəvəsinin divanının surətini əldə edib
Avg 07, 2017 | 09:52 / Mühüm hadisələr
Oxunub 573 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu”Divan”ının surətini əldə etmişdir.

İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu “Divan”da şairin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanmışdır. Maraqlıdır ki, İbrahimin Cahinin anadilli şeirlər toplusunda şifahi xalq ədəbiyyatı janrlarında yazılan şeirlər də vardır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015