AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Türkologiya” jurnalının 2017-ci il üçün 2-ci sayı işıq üzü görüb
İyl 17, 2017 | 11:09 / Yeni nəşrlər
Oxunub 577 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu Beynəlxalq “Türkologiya” jurnalının 2017-cı il üçün 2-ci sayı işıq üzü görüb. Jurnalın məsul katibi Elçin İbrahimov “Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Almaniya, Əfqanıstan alimlərinin məqalələrinin yer aldığını bildirib.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən Beynəlxalq elmi jurnalın bu sayında “Klassik irs”, “Heydər Əliyev-94”, “Dilçilik”, “Ədəbiyyat və Folklor”, “Mədəniyyət və İncəsənət”, “Yazılı Abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, eləcə də, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia” rubrikalarında, toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq. 
Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin nümayəndələri üçün də maraqlı etməkdir.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015