AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Azərbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918)" adlı monoqrafiya çap olunub
İyl 17, 2017 | 10:13 / Yeni nəşrlər
Oxunub 976 dəfə

"Elm və təhsil" nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyevanın "Azərbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918)" adlı monoqrafiyası çap olunub. Monoqrafiyada Azərbaycan mətbuatşünaslığında ilk dəfə rusdilli mətbuatın təşəkkülü və inkişafı tədqiq oluunur. Kitab yarım əsr ərzində - XIX əsrin 70-ci illərindən 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti qurulanadək Azərbaycanda nəşr olunan rusdilli dövri mətbuat haqqındadır. Araşdırılan dövrdə 100-dən çox qəzet və jurnal rus dilində nəşr olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015