AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan dilinin etnonimlər lüğəti” çapdan çıxıb
İyl 14, 2017 | 11:41 / Yeni nəşrlər
Oxunub 621 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elmira Əhmədovanın “Azərbaycan dilinin etnonimlər lüğəti” adlı kitabı çap olunub.

Lüğətin redaktoru professor Qara Məşədiyev, rəyçiləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hacıyeva və dosent Təhminə İsmayılovadır.

Kitabda ən məşhur etnosların adları tarixi mənbələr üzrə toplanıb, onların semantik və struktur tipləri araşdırılıb, yaranma və meydana gəlmə tarixləri müəyyənləşdiril­ib, onların yayılma arealları açıqlanıb.

Lüğətdə ümumilikdə 300-ə yaxın etnonim haqqında izahlı məlumat verilib. Həmçinin mənaları tam açılmayan etnonimlər də nəşrdə öz əksini tapıb. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015