AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası çapdan çıxıb
İyl 14, 2017 | 11:38 / Yeni nəşrlər
Oxunub 571 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədlinin "Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü, problemləri, şəxsiyyətləri" monoqrafiyası çapdan çıxıb.

Əsər Azərbaycanın istiqlalı və müstəqilliyi uğrunda mühacirətdə son dərəcə ağır şərtlər altında zəngin irs qoyub gedən dörd istiqlalçının – Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Əhməd Cəfəroğlu və Gültəkinin (Əmin Abid) xatirəsinə ithaf olunub.

Beş bölümdən ibarət monoqrafiyada mühacirət ədəbiyyatının araşdırılma məsələləri, mühacirət mətbuatının inkişaf yolları, eləcə də "Əli və Nino" romanının müəllif gizlinləri faktlarla araşdırılıb. Kitabda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Əbdülvahab Yurdsevər, Almas İldırım, Gültəkin (Əmin Abid) kimi milli yaddaşımızda mühüm rol oynamış simaların yaradıcılığına geniş yer verilib.

Nəşr Azərbaycan mühacirət ədəbiyyatının nəzəri məsələlərini, mərhələlərini, problemlərini və şəxsiyyətlərini əks etdirən ilk monoqrafiya olmaqla ədəbiyyatşünaslığımıza dəyərli töhfədir. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015