AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
"Elm" bizdən yazır (№ 08 (1175), cümə, 05 may 2017-ci il)
May 05, 2017 | 04:54 /
Oxunub 746 dəfə

NİZAMİ ADINA QIZIL MEDALLAR TƏQDİM OLUNDU

 AMEA-nın müxbir üzvü Nərgiz Paşayevaya və Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoylanda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim olunub (səh.1).

  HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ II RESPUBLİKA ELIMİ KONFRANSI

 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Konfransı keçirilib (səh.2).

 BEYNƏLXALQ EKSPERTLƏRLƏ GÖRÜŞ

  AMEA Nizami adına Ədəbiyyat İnstitutunda peşə təhsili üzrə Azərbaycan Respublikasının Qanun layihəsi üzrə işçi qrupunun üzvlərinin və Avropa İttifaqının ekspertlərinin iştirakı ilə görüş keçirilib (səh. 5).

 NƏCİBLİK XALQIMIZIN QANINDADIR

 AMEA Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyevanın məqaləsi (səh. 4-5).  

 GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ

 AMEA Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükaaftı laureate, akademik Ağamusa Axundovun 85 illik yubileyi münasibəti ilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans keçirilib (səh. 7). 

 XƏBƏRLƏR

 AĞAMUSA AXUNDOV XATİRƏLƏRDƏ

Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Ağamusa Axundov xatirələrdə” adlı kitab nəşr edilib (səh. 7).

 NAXÇIVAN TEATRI HAQQINDA DƏYƏRLİ MONOQRAFİYA

 AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun məqaləsi (səh. 8).

 ИССЛЕДОВАТЕЛЬ ИСТОРИИ МУЗЫКАЛЬНОЙ КУЛЬТУРЫ

  Член-корреспондент НАНА, доктор искусствоведения Рена Мамедова (стр.6)

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015