AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin 2017-ci ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətləri barədə hesabatlar dinlənilib
İyl 05, 2017 | 10:24 / Mühüm hadisələr
Oxunub 472 dəfə

Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin 2017-ci ilin ilk yarısına dair elmi və elmi-təşkilati fəaliyyətləri barədə hesabatlar dinlənilib.  

Hesabatlarda bildirilib ki, elmi tədqiqat müəssisələrinin yarımillik fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası xüsusi yer tutur. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasının, Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli və “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 11 may 2017-ci il tarixli Sərəncamlarının icrası istiqamətində konkret tədbirlər görülüb.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015