AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Amerikalı alimlər Əlyazmalar İnstitutunun fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar
İyn 16, 2017 | 03:12 / Görüşlər
Oxunub 79 dəfə

ABŞ-ın Kanzas Universitetinin alimləri - Levis Mennerik və Mehrəngiz Nəcəfizadə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Alimlər XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda gender bərabərliyi, qadın azadlığı, insan haqları məsələləri və təhsil problemləri mövzusunda araşdırmalar məqsədi ilə müəssisənin fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli ilə görüşdə qonaqlara Azərbaycan ədəbiyyatında və folklorunda qadın azadlığı, ailə münasibətləri haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015