AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Professor Ali Yavuz Akpınar və İbrahim Yıldırım AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar
İyn 12, 2017 | 11:14 / Görüşlər
Oxunub 249 dəfə

Ege Universitetinin professoru, Dr. Ali Yavuz Akpınar  və prof. Dr. İbrahim Yıldırım, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar. Muzeyin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı görüş zamanı qonaqlarla ümumbəşəri ideyaları təbliğ edən və türkçülüyün mühüm ədəbi-fəlsəfi irsini təşkil edən Cavid əfəndinin zəngin yaradıcılığı haqqında geniş fikir mübadiləsi aparıb. İbrahim Yıldırım Hüseyn Cavidin həyatının İstanbul dövrü ilə bağlı indiyə qədər ictimaiyyətə məlum olmayan materialları, Ali Yavuz Akpınar isə Hüseyn Cavidin İstanbulda çap olunmuş ilk şeirinə yazılmış ilk rəyi göndərəcəyini bildirib.

Sonda Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı prof. Ali Yavuz Akpınar öz ürək sözlərini rəy kitabında qeyd edib: “Hüseyn Cavid bey hakkıında zihnimden geçenleri, gönlümdeki hisleri yazmaya kalksam, zamanım yetmez. Cavid bütün Türk dünyasının emsalsiz bir şahsiyetidir. Ona minnettarız, onunla iftihar ediyoruz. Ruhu şad olsun”.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015