AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Gədəbəy folklor örnəkləri” kitabının birinci cildi çapdan çıxıb
İyn 05, 2017 | 03:40 / Yeni nəşrlər
Oxunub 512 dəfə

AMEA Folklor İnstitutu tərəfindən hazırlanmış “Gədəbəy folklor örnəkləri” kitabının birinci cildi çapdan çıxıb.

Kitabın tərtibçiləri bu institutun direktoru, akademik Muxtar İmanov və filologiya üzrə fəlsəfə doktoru Səbinə İsayevadır.

Yeni nəşrdə Gədəbəy şəhərindən və rayonun ayrı-ayrı kəndlərindən müxtəlif illərdə toplanmış folklor mətnləri arasında nağıl və lətifələr üstünlük təşkil edir. Kitaba bölgədən toplanmış sehrli, dini və məişət nağılları Molla Nəsrəddin lətifələri ilə yanaşı, Gədəbəyin baməzə adamları haqqında lətifələr daxil edilib. Həmçinin Aşıq Ələsgərlə şəmkirli Aşıq Hüseynin görüşü, Aşıq Ələsgərin Naxçıvan və Xınna səfərləri haqqında rəvayətlərin yeni variantları da kitabda yer alıb. Bundan başqa, nəşrdə Növrəs İmanla bağlı heç yerdə çap olunmamış mətnlər də öz əksini tapıb.

Oxucular topluda toy və yas adətləri, yağış, külək kəsdirmə, yağış yağdırma, ilan ağzı, qurd ağzı bağlama və digər mərasimlərlə bağlı mətnlərlə də tanış ola bilərlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015