AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub
May 10, 2017 | 02:52 /
Oxunub 864 dəfə

Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin dil siyasətindən ətraflı söhbət açılıb.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndərin misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub bütöv bir sistem təşkil edir.

Ulu Öndər keçmiş sovet hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Dövlət Mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.

Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadiminin dil siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilinin tətbiq dairəsinin genişləndirilməsi yolunda üfüqlər açıb.

Professorlar İsmayıl Məmmədli və Sayalı Sadıqova Ümummilli Liderin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü işlərdən söz açıblar. Bildirilib ki, ölkəmizdə dil siyasətinin birmənalı şəkildə formalaşması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ulu Öndərin adı ilə bağlıdır.

http://azertag.az/xeber/1058296

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015