AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Ağamusa Axundov xatirələrdə” kitabı çapdan çıxıb
May 05, 2017 | 11:15 / Yeni nəşrlər
Oxunub 1026 dəfə

 Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə alimin həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən “Ağamusa Axundov xatirələrdə” adlı xatirələr kitabı nəşr edilib.
Kitabın redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu və Ağamusa Axundovun qızı filologiya üzrə fəlsəfə doktoru, dosent Aygül Hacıyevadır.
Kitabda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşaviri, akademik Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, akademik Vasim Məmmədəliyev,  Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Ağamusa Axundovun dilçilik elmi sahəsindəki əvəzsiz xidmətlərindən, əldə etdiyi elmi nailiyyətlərdən və nümunəvi həyat yolundan söz açıblar. Kitabda bildirilib ki, akademik Ağamusa Axundovun elmi-nəzəri irsi ölkəmizdə və onun hüdudlarından kənarda humanitar elmi idrakın yüksək miqyasını bütün reallıqları ilə parlaq şəkildə əks etdirən zəngin və qiymətli örnəklərdir.

Nəşrdə Türkiyəli professorlar: Zeynep Korkmazın “Degerli meslektaşım Ağamusa Ahundovun Anısına, ,Şükrü Hüluk Akalının “ Ağamusa Axundovun hatırasına”, Hamza Zülfikarın “Ortak türk dili hakkındakı görüşləri və terim sorunları” Rasim Özyürəkin “Böyük dilçi, Cumhuriyet beyefendisi prof.dr. Ağamusa Ahundov” Dursun Yıldırımın “Sözün alimi Ağamusa Axundov ile bir anı” , Osman Fikri Sertkayanın “ Akademik Ağamusa Ahundovun ardından” adlı məqalələri öz əksini tapmışdır.
Kitabda həmçinin A.Axundovun yüksək elmi və zəngin mənəvi xüsusiyyətləri, parlaq şəxsiyyəti, ictimai-əxlaqi dəyərləri haqqında professorların və gənc alimlərin məqalələri də çap olunub.
Sonda akademikin qızı Aygül Hacıyeva “Bir ömrün tarixçəsi “adlı məqaləsində atası ilə bağlı xatirələrini qələmə alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015