AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
BSU-da “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda konfrans keçirilib
May 05, 2017 | 08:51 / Konfranslar, iclaslar
Oxunub 553 dəfə

Mayın 4-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda səkkizinci beynəlxalq elmi konfrans keçirilib. 

Konfransın açılışında BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək tədbirin məqsədi, proqramı və iş prinsipi barədə məlumat verərək bildirib ki, bu il ilk dəfə tələbə və şagirdlər də elmi tədqiqatları ilə konfransın işinə qatılıblar. Konfrans Heydər Əliyevin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, ümummilli liderin irəli sürdüyü azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edilib. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Heydər Əliyevin Azərbaycan xalqının taleyində və tarixindəki misilsiz xidmətlərini xüsusi vurğulayıb. Ölkədə dövlətçilik duyğusunun gücləndirilməsində Heydər Əliyev milli strategiyasının əhəmiyyətini qeyd edib, azərbaycançılığın təkcə milli ideologiya kimi yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi Ümummilli Liderdən bizə örnək qaldığını bildirib.

Rusiya Federasiyasının B.Yeltsin adına Ural Federal Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri, professor Aleksandr Nesterov, Türkiyənin İstanbul Universitetinin dosenti Ramazan Topdemir, Nikolay Kopernik adına Torun Universitetinin professoru Andjey Raciminski, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Andrey Şabaqa və digər çıxışçılar konfransda iştiraklarından məmnunluqlarını bildiriblər, tədbirin Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafındakı rolundan danışıblar. 

Konfransın işi sonra bölmələrdə davam edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015