AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Hüseyn Cavidin Ev Muzeyində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdlərinə açıq dərs keçirilib
May 04, 2017 | 09:47 / Mühüm hadisələr
Oxunub 565 dəfə

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 8-ci sinif şagirdlərinə növbəti açıq dərs keçirilib. Şagirdlərə Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutan mənzum dramaturgiyamızın banisi, böyük romantik şair və görkəmli dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı  və cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində xidmət göstərən muzeyin fəaliyyəti haqqında  geniş məlumat verilib. Şagirdlərin ifasında Cavid əfəndinin bir neçə şeiri səsləndirildi. Dahi şairin yaşadığı dövr, həyatı, yaradıcılığı və muzeyin zəngin eksponatları haqqında məktəbliləri maraqlandıran suallar cavablandırılıb. 

Sonda tələbələr muzeyin ekspozisiyası ilə ətraflı tanış oldular.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015