AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Nəsimi adına Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə əməkdaşlıq edəcək
Apr 25, 2017 | 11:26 /
Oxunub 68 dəfə

"Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Elmlər Akademiyasının (EA) Dilçilik İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Protokolu Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və Qazaxıstan EA Dilçilik İnstitutunun direktoru Yeren Kajibekov  imzalayıblar.

Protokol elmi əlaqələrin və alimlər arasında əməkdaşlığın qurulması məqsədilə imzalanıb.

http://azertag.az/xeber/Nesimi_adina_Dilchilik_Institutu_Qazaxistan_Elmler_Akademiyasinin_Dilchilik_Institutu_ile_emekdasliq_edecek-1054223

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015