AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfransa yekun vurulub
Apr 25, 2017 | 12:43 /
Oxunub 72 dəfə

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfransa yekun vurulub.

Konfrans çərçivəsində “Türkologiya” jurnalının akademik A.Axundova həsr olunmuş növbəti seminarı keçirilib.

Jurnalın baş redaktoru, akademik Kamal Abdullayev Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi A.Axundovun elmi fəaliyyətindən danışıb.

“Türkologiya” jurnalının nəşrindən bəhs edən akademik dərginin Azərbaycan elminin təbliğindən söz açıb.

Tədbirdə digər çıxış edənlər görkəmli alimin elmi yaradıcılığından danışıblar.

http://azertag.az/xeber/Agamusa_Axundov_ve_Azerbaycan_filologiyasi_movzusunda_beynelxalq_konfransa_yekun_vurulub-1054148

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015