AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
London İsmaili Araşdırmalar Mərkəzinin əməkdaşı, Latviya Universitetinin professoru Yanis Eyşots və Qüds Hayta Universitetinin doktoru Roy Viloyzny AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib
Apr 14, 2017 | 02:43 / Görüşlər
Oxunub 124 dəfə

London İsmaili Araşdırmalar Mərkəzinin əməkdaşı, Latviya Universitetinin professoru Yanis Eyşots (Janis Esots) və Qüds Hayta Universitetinin (Haifa University) doktoru Roy Viloyzny AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib. Qonaqlara dahi dramaturq və romantik şair Hüseyn Cavidin həyatı, ümumbəşəri yaradıcılığı haqqında ətraflı məlumat verildi. Muzeyin eksponatları ilə tanış olan qonaqlar böyük şairin  həyat və fəaliyyətini əks etdirən materiallarla yaxından maraqlandılar. Görüş zamanı ümumbəşəri ideyaları, multikultural dəyərləri  təbliğ edən görkəmli şair-dramaturq Hüseyn Cavidin yaşayıb yaratdığı dövr, həyat və yaradıcılığı barədə geniş fikir mübadiləsi aparıldı. Sonda rəy kitabına öz ürək sözlərini qeyd edən qonaqlar muzeydə olmaqdan, Hüseyn Cavidin həyat və yaradıcılığı ilə maraqla tanışlıqdan məmnun qaldıqlarını və qonaqpərvərliyimiz üçün minnətdarlıqlarını bildirdilər. Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı tərəfindən qonaqlara “Cavid hikməti: seçmə aforizmlər” (Azərbaycan və ingilis dillərində) və “Məhəbbətdir ən böyük din” (Azərbaycan və fransız dillərində) kitabları hədiyyə edildi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015