AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Azərbaycan alim və yazarı “IV Əl-Fərabi və müasirlik” forumunda
Apr 07, 2017 | 12:28 / Mühüm hadisələr
Oxunub 1258 dəfə

Qazaxıstanın Alma-Atı şəhərində keçirilən “IV Əl-Fərabi və müasirlik” forumunda ABŞ, Almaniya, Hollandiya, Rusiya, Misir, Türkiyə və başqa ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunub.

Əl-Fərabi adına Milli Universitetin təşkil etdiyi forumda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədli və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşı, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı iştirak ediblər. Forumun açılışında Milli Universitetin rektoru, akademik Qalım Mutanov və böyük qazax yazıçısı Oljas Süleymenov böyük mütəfəkkir və filosof Əbu Nəsr Əl-Fərabi yaradıcılığının dünya elmi-fəlsəfi düşüncəsinə, dünyagörüşünə verdiyi töhfələrdən söz açıblar.

Forumun bölmə iclaslarında B.Əhmədli “Əl-Fərabi və Azərbaycan təsəvvüf poeziyası”, N.Əbdülrəhmanlı isə “Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələri” mövzularında məruzə ilə çıxış ediblər. Onlar, eyni zamanda, Milli Universitetin magistr və doktorantları üçün mühazirələr oxuyacaqlar.

Forum aprelin 18-dək davam edəcək.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015