AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Azərbaycan ədəbiyyatı Litva mətbuatında
Apr 07, 2017 | 10:53 / Mühüm hadisələr
Oxunub 581 dəfə

Litvanın Trakay şəhərində litvaca nəşr olunan „Trakų zemė“ (“Trakay torpağı”) adlı rayon qəzetinin iki nömrəsində Cəlil Məmmədquluzadənin 2016-cı ildə litvaca işıq üzü  görmüş “Nigarançılıq” kitabının 10 mart 2017-ci ildə Vilnüsdə keçirilmiş təqdimat tədbirinə və həmçinin Mirzə Cəlilin yaradıcılığına həsr edilmiş ədəbi-publisistik məqalə çap edilibdir.

Məqalə “Həmyaşıdların dolayısı yolla görüşü” adlanır. Yazının müəllifi - humanitar elmlər doktoru, dosent, türkoloq araşdırmaçı, Litva Respublikasının Azərbaycan və Türkiyədəki sabiq Səfiri, karay türkü kökənli xanım Halina Kobetskaytedir.

 Qəzetdə bu məqalələr ilə yanaşı Molla Nəsrəddinin 11 lətifəsi də çap olunubdur. Göstərilən publikasiyalarda illüstrasiyalar qismində 6 ədəd foto görüntü də yer almışdır.  

 “Həmyaşıdların dolayısı yolla görüşü”. I məqalə. „Trakų zemė“ qəzeti, 24 mart 2017-ci il, № 12 (958), səh.7.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015