AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Yazıçı-alimə medal verildi
Mart 17, 2017 | 09:37 /
Oxunub 90 dəfə

AMEA Folklor İnstitutunda “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı, şair Nizami Muradoğluna Azərbaycan Respublikası “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, “Kitabi-Dədə Qorqud” və müasir Azərbaycan poeziyası, Azərbaycan poeziyası və folkloru münasibətlərinin öyrənilməsi sahəsində apardığı uğurlu elmi tədqiqtlarına, elmi-bədii-publisist kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə filologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərə görə “ƏN YAXŞI VƏTƏNPƏRVƏR TƏDQİQATÇI ALİM” QIZIL MEDALI verilmişdir.

Moderator.az xəbər verir ki, medalı Azərbaycan Respublikası “Avropa Nəşr Mətbuat Evi”nin nümayəndəsi Sahilə Abdullayeva təqdim etmişdir. Nizami Muradoğlu ona göstərilən xeyirxah münasibətə görə AMEA Folklor İnstitutunun və Azərbaycan Respublikası “Avropa Nəşr Mətbuat Evi”nin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015