Mart 15, 2017 | 04:11 /
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və İnstitutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) «Səhər» musiqi-informasiya proqramının qonağı olublar. Proqramda əsas mövzu Praqa Milli Kitabxanasında saxlanılan Azərbaycana aid əlyazmaların tədqiqi məsələləri olmuşdur. Qeyd edək ki, fil.ü.f.d. Əkrəm Bağırov bu yaxınlarda xaricdə saxlanılan və indiyə qədər kataloqlaşdırılmamış əlyazmalarla tanış olmaq və Azərbaycanla bağlı olan əlyazma nüsxələrini üzə çıxarmaq məqsədi ilə Çexiya Respublikasının Milli Kitabxanasında olmuşdur.