“Molla Pənah Vaqif” kitabı nəşr olunub
Mart 06, 2017 | 11:52 /
Mart 06, 2017 | 11:52 /
Oxunub 870 dəfə
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun müəllifi olduğu kitab Azərbaycan prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar çap olunub. Yeni nəşrdə Molla Pənah Vaqifin yaradıcılığı geniş aspektdə təhlil edilir. İngilis dilində xülasənin daxil edildiyi kitab “Renessans-A” Nəşriyyat Evində çap olunub.