AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Folklor və dövlətçilik düşüncəsi” kitabı nəşr olunub
Yan 23, 2017 | 11:13 / Yeni nəşrlər
Oxunub 692 dəfə

“Folklor və dövlətçilik düşüncəsi” (I cild) adlı kitab AMEA Rəyasət Heyətinin qərarı ilə tövsiyə edilmiş elmi tədqiqat proqramı (“Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramların folklor baxımından genezisi”) çərçivəsində Folklor İnstitutu tərəfindən nəşr olunub. 
Layihənin rəhbəri institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovdur. 

Elmi-tədqiqat proqramında başlıca məqsəd türk dövlətçilik düşüncəsi üçün xarakterik olan simvolların strukturunu öyrənmək, milli etiket, mərasim və bayramları etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi folklor materialları əsasında rekonstruksiya etməkdir. Burada dövlətçiliyimizin mənəvi əsaslarını gücləndirən folklor ehtiyatlarının öyrənilməsi, resakralizasiya imkanlarının aydınlaşdırılması, dəyər konseptlərinin müasir və davranışın aktiv hissəsinə daxil edilməsinin yollarının araşdırılması qarşıya qoyulan əsas məsələlərdir”. 

Kitabda həmçinin fil.ü.e.d. Füzuli Bayatın “Türk dövlətçilik ənənəsi və idarəetmə ritualları”, fil.ü.e.d. Seyfəddin Rzasoyun “Əcdad kultu və Oğuz dövlətçilik ənənəsi”, fil.ü.e.d. Əfzələddin Əsgərin “Tuğa (bayrağa) qurban mərasimi”, fil.ü.f.d. Sərxan Xavərinin “Milli mədəniyyət kontekstində folklor və dövlətçilik”, fil.ü.f.d. Ağaverdi Xəlilin “Türk xalqlarının mərasim folkloru və dövlətçilik”, fil.ü.f.d. Elçin Abbasovun “Qədim türklərin dəfn mərasimləri xalq inamları kontekstində”, fil.ü.f.d. Oruc Əliyevin “Azərbaycan nağıl və dastanlarında dövlətçiliklə bağlı mərasimlərin izləri” adlı yazılar yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015