AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA prezidenti magistrantların imtahan prosesi ilə tanış olub
Yan 10, 2017 | 01:37 / Mühüm hadisələr
Oxunub 1368 dəfə

Bu gün AMEA-nın prezidenti, akademik Akif Əlizadə  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda magistrantların imtahan prosesi ilə tanış olub. O, Əlyazmalar İnstititunda təhsil alan 3 magistrantın “Tətbiqi kulturologiya” fənni üzrə imtahan prosesini izləyib. AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli akademiyanın prezidentinə imtahan prosesi haqqında məlumat vermiş, institutun elmi katibi, Tətbiqi kulturologiya fənnini tədris edən müəllim fil.ü.f.d., dosent Əzizağa Nəcəfov akademik Akif Əlizadənin fənnin magistrantlar tərəfindən mənimsənilməsi ilə bağlı suallarını cavablandırmışdır. AMEA-nın prezidenti milli-mənəvi dəyərlərimizin öyrənilməsi və təbliğinə AMEA-nın bütün institutlarında elm xadimlərimizin xüsusi önəm verdildiyini və bu sahədə Əlyazmalar İnstitutunun da əhəmiyyətli payı olduğunu vurğulamışdı

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015