AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Folklor İnstitutu Elmi Şurasının ilk iclası keçirilib
Yan 10, 2017 | 09:01 / Konfranslar, iclaslar
Oxunub 617 dəfə

Yanvarın 6-da Folklor İnstitutu Elmi Şurasının 2017-ci ildə ilk iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Muxtar İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

Folklor İnstitutunun 2017-ci il üçün elmi tədqiqat planları barədə danışan Muxtar İmanov bildirib ki, 2016-cı ildə institutda bir sıra problem və mövzular üzrə tədqiqat işləri yerinə yetirilib. Qarşıdakı illər üçün elmi-tədqiqat şöbələrinin yeni problem və yeni mövzuları müəyyənləşdirməsi zəruridir. Eləcə də fərdi iş planlarının da yaxın günlərdə elmi katibliyə təqdim olunmasının vacibliyi qeyd edilib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının  həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilərin elan edilməsi ilə əlaqədar olaraq folklorşünaslıq ixtisası üzrə AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Kamran Əliyevin“Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d. Füzuli Gözəlovun AMEA-nın müxbir üzvlüyünə namizədliklərinin irəli sürülməsi haqqında institutun elmi katibi f.ü.f.d. Elçin Abbasov məlumat verib. 

Bunlarla yanaşı Elmi Şuranın üzvləri gündəlikdə duran digər məsələləri də müzakirə edərək müvafiq qərarlar qəbul ediblər. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015