AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Klassik irsimizin tədqiqi üçün dəyərli vəsait
Dek 22, 2016 | 12:17 /
Oxunub 1337 dəfə

Dəqiq və humanitar elmlərin, ərəb və fars dillərinin, klassik ədəbiyyatın mükəmməl bilicisi Əhmədağa Əhmədovun qafiyə elminin nəzəri əsaslarından bəhs edən “Qafiyətül-kafiyə” əsəri “Elm və təhsil” nəşriyyatında çap edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, əsərdə ərəb və fars şeirlərinin qafiyəsi ilə bərabər, Azərbaycan şeirinin də qafiyə sistemi araşdırılıb.

“Qafiyətül-kafiyə” əsəri klassik şeirimizin incəliklərini bilmək və öyrənmək üçün olduqca dəyərli mənbədir.

Əsəri Lalə Sultanova transfonoliterasiya edib, “Ön söz”, qeyd və şərhlər də ona məxsusdur.

Nəşrin elmi redaktoru professor Tərlan Quliyevdir.

http://azertag.az/xeber/Klassik_irsimizin_tedqiqi_uchun_deyerli_vesait-1021740

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015