AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın “Türkologiya” jurnalı beynəlxalq konfransda təmsil olunub
Dek 19, 2016 | 03:30 / Mühüm hadisələr
Oxunub 638 dəfə

Türkiyənin Antalya şəhərində “Beynəlxalq türk dünyası təhsil və sosial elmlər” konfransı keçirilib. Konfrans Türkiyə “Təhsil və Elm Təşkilatları Birliyi (TÜRK EĞİTİM-SEN) tərəfindən böyük türk mütəfəkkiri Xoca Əhməd Yasəvinin ildönümü münasibətilə təşkil edilib.

 “Beynəlxalq türk dünyası təhsil və sosial elmlər” konfransının keçiriməsində əsas məqsəd Türkdilli xalqlar arasında elmi əməkdaşlıq və təhsil sahəsində mövcud problemlərin araşdırılmasından ibarətdir. Çünki bu gün türk dünyasında elm və təhsil, iqtisadiyyat, idarəetmə, mədəni əlaqələr və s. sahələrdə tədqiqatlar aparan araşdırmacılar arasında əməkdaşlıq istənilən səviyyədə deyil. Konfransın  keçirilməsindəki əsas məqsədlərdən biri bu mövcud problemlərin aradan qaldırılmasına nail olmaqdı. Məhz, bu baxımdan, konfransda  elmin bütün sahələrini əhatə edən panellər və iclaslar keçirilmişdir.

Konfransın filologiya məsələlərini əhatə edən bölməsində: “Qədim türk dilləri”, “Dil nəzəriyyəsi”, “Müasir türk dilləri”, “Türkologiya elminin bugünkü problemləri”, “Tərcümə nəzəriyyəsi”, “Terminologiya”, “Klassik türk ədəbiyyatı”, “Folklorşünaslıq”, “Şifahi xalq ədəbiyyatı” və s. sahələri əhatə edən məqalə və tezislər qəbul olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı, Rəyasət Heyətinin müvafiq qərarından sonra jurnalın yeni tərkibində və beynəlxalq məslhətçilər sırasında ciddi dəyişikliklər edilmişdir. Bundan sonra “Türkologiya” jurnalı beynəlxalq sahədə əməkdaşlıqlarını və dünya türkologiya cameəsı ilə sıx əlaqələr yaratmışdır.

 Bu tədbirlərin davamı kimi “Türkologiya” jurnalının şöbə müdiri Elçin İbrahimov qeyd edilən “Beynəlxalq türk dünyası təhsil və sosial elmlər” konfransında, “Türkdilli xalqlar arasında ortaq Türkcənin yaradılmasında əlifba fərqliliklərinin təsiri: problemlər, çıxış yolları və nəticələr” adlı yazısı ilə çıxış edib. Mövzusunun aktuallaığına görə E.İbrahimov konfransın təşkilat komitəsi tərəfindən “Xoca Əhməd Yasəvi” mükafatına layiq görülüb. Gənc tədqiqatçı təşkilat komitəsi tərəfindən diplom və medalla təltif edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015