AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Maşın tərcüməsinin nəzəri problemləri” monoqrafiyası nəşr edilib
Dek 19, 2016 | 12:47 / Yeni nəşrlər
Oxunub 730 dəfə

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Kamilə Vəliyeva və filologiya elmləri doktoru Məhəbbət Mirzəliyevanın həmmüəllifi olduqları “Maşın tərcüməsinin nəzəri problemləri” monoqrafiyası nəşr olunub.

Monoqrafiya maşın tərcüməsinin nəzəri məsələlərinə həsr olunub. Nəşrdə süni intellektin mühüm problemlərindən biri olan təbii dillərin kompüterdə tanınması, kompüter vasitəsi ilə dillərin öyrənilməsi məsələlərinə toxunulub.

Əsərin yazılmasının məqsədi kompüter dilçiliyinin əsas istiqamətləri haqqında yığcam, sadə şəkildə məlumat vermək, oxucuları onun əlifbası ilə tanış etməkdir. Nəşr kompüter dilçiliyi üzrə tədqiqat aparmaq istəyənlər üçün faydalı mənbədir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015