AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının müzakirəsi aparılıb
Dek 16, 2016 | 12:22 / Konfranslar, iclaslar
Oxunub 775 dəfə

2016-ci il dekabrın 15-də akademik Rafael Hüseynovun sədrliyi ilə Pespublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının bu ildəki son 10-cu iclası keçirilmişdir.
3-ü elmlər doktorluğu hazırlığı, 15-i fəlsəfə doktorluğu hazırlığı olmaqla 18 iddiaçının mövzusu müzakirə edilmişdir.
Elmlər doktoru hazırlığı üzrə təqdim edilmiş 3 mövzudan heç birinin qənaətbəxş səviyyədə olmadığı qeyd edilmişdir.
Elmlər doktorluğu mövzuları iddiaçılarından Həsənova Gülnarə Alı qızının “Lev Tolstoyun Azərbaycan ədəbiyyatına təsir problemləri” mövzusu qəbul olduğu ixtisas şifrinə uyğun gəlmədiyindən, Qafarova Səməngül Hüsü qızının “XX əsrin I yarısında Azərbaycan və rus uşaq ədəbiyyatının janrları” mövzusu doktorluq dissertasiyası işi üçün yetərincə sanballı problematikanı hədəf götürmədiyindən, Hüseynova Xatirə İslam qızının “Müasir qlobal informasiya telekanallarının iş xüsusiyyətləri (CNN və Euronews-un timsalında)” mövzusu da əvvəlki iş kimi ciddi elmi əhəmiyyətli problematika qoymadığından və hətta belə bir problematika olarsa belə, bununçün iddiaçıdan mükəmməl ingilis dili bilgisi tələb olunması səbəbindən təsdiq edilmədi.
Fəlsəfə doktorluğuna iddia edənlərdən Hüseynova Nailə İsmixan qızının “Alman dilindən Azərbaycan dilinə bədii tərcümədə semantik və üslubi ekvivalentlik”, Məlikova Fərqanə Gülmalı qızının “XX əsrin əvvəlləri Azərbaycan uşaq mətbuatının yaranması və inkişaf mərhələləri”, Səfərova Dürnisə Ramazan qızının “Azərbaycan nağıllarında süjet içində süjet (kontaminasiya) problemi” mövzuları olduğu kimi təsdiq edilmişdir.
Allahverdiyeva Günel Teyyub qızının “Azərbaycan və rus dillərində ümumi mənası “psixoloji cəhətdən qəbul olunmayan hadisələrə” münasibət bildirən leksik vahidlərin qarşılıqlı təhlili” mövzusu Elmi Şura tərəfindən dəyişdirilərək “Azərbaycan və rus dillərində neqativ psixoloji səciyyəli leksik vahidlər” şəklində, Haqverdiyeva Kəmalə Haqverdi qızının “Müasir dövrdə dil və mədəniyyət problemi” mövzusu “Dillərin zənginləşməsində mədəniyyətlərarası əlaqənin rolu” şəklində, Kim Heon Suk Sung Rin qızının “Müasir Azərbaycan və Koreya dillərində frazeoloji vahidlərin struktur semantikası” mövzusu “Müasir Azərbaycan və Koreya dillərində frazeoloji vahidlərin struktur-semantik xüsusiyyətləri”, Quliyeva Mehri Mehdi qızının “XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan hekayəsinin poetikası” mövzusu “XX əsrin əvvəlləri Azərbaycan hekayəsinin poetikası” şəklində, Orucova Mehriban Cabit qızının “Söhrab Tahirin poetik dilinin dil və üslub xüsusiyyətləri” mövzusu “Söhrab Tahirin poeziyasının dil və üslub xüsusiyyətləri” şəklində, Ramazanova Leyla Mirzə qızının “Avropa ədəbiyyatı məsələləri Azərbaycan filoloji elmində (XX əsrin I yarısı)” mövzusu XX əsrin I yarısı Azərbaycan filoloji fikrində Avropa ədəbiyyatı məsələləri” şəklində, Şabanova Aysel Məhəmməd qızının “Rəng adları ilə formalaşan frazeologizmlər (ingilis və Azərbaycan dillərinin materialları əsasında)” mövzusu Azərbaycan və ingilis dillərində rəng adları ilə formalaşan frazeologizmlər” şəklində, Yüzbaşyev Vüsal İsfəndiyar oğlunun “Fars dilində məkan konsepti və onun linqvistik ifadə vasitələri” mövzusu isə “Fars dilində məkan konseptinin ifadə vasitələri” şəklində dəqiqləşdirmələr aparılmaq və düzəlişlər edilməklə təsdiq edilmişdir.
Əliyeva Ceyran Ələsgər qızının “İngilis-Azərbaycan tarixi romanlarında tarixilik və müasirlik konsepsiyası”, Hümmətova Aynur Elman qızı - “İngilis xüsusi isimlərinin azərbaycancaya transliterasiyası”, Quliyeva Dilarə Firudin qızı - ““Gilqamış” ingilis-amerikan mənbələrində”, Mustafayeva Pərvanə Ərşəd qızı -“Azərbaycan və rus romanlarında tarixi şəxsiyyət problemi (1930-1960-cı illər)” adlı mövzularında araşdırma obyektlərinin yetərincə dəqiq müəyyənləşdirilmədiyi, ayrı-ayrı hallarda konkretləşdirimələrə ehtiyac duyulması və ya təklif olunan mövzunun daha əvvəllərdə başqa tədqiqatçılar tərəfindən işlənməsi, yaxud iddiaçıya verilən mövzunun onun bilik və bacarıqlarına uyğun gəlməməsi, eləcə də mövzunun ixtisas şifrinə aid olmaması diqqətə çatdırılmış, bəzi mövzularla əlaqədar isə daha dolğun plan-prospektin hazırlanması tövsiyə edilmişdir.
Bütün bu iddiaçılara uradlar nəzərə alınandan sonra Filologiya Şurasına yenidən müraciət etmələri məsləhət bilinmişdir.

Ümumiyyətlə, iclasda 8-inin adından dəyişiklil edilməklə 11 mövzu təsdiq edilmiş, 7 mövzu isə təsdiq edilməmişdir.
Müzakirələrdə ARETƏŞ Filologiya Problemləri üzrə Elmi Şuranın sədri akademik Rafael Hüseynovdan savayı filologiya üzrə elmlər doktorlar, professorlar Azadə Musayeva, Bilal İsmayılov, Cəlil Nağıyev, Nadir Məmmədli, Ramiz Əsgər, Şəfəq Əlibəyli çıxış edərək öz rəy və tövsiyələrini bildirmişlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015